Kianu Rivzdən ölümcül bakteriyaya adının verilməsinə REAKSİYA - FOTO

Kianu Rivzdən ölümcül bakteriyaya adının verilməsinə REAKSİYA - FOTO

Məhşur aktyor Kianu Rivz ölümcül bakteriyaya adının verilməsi ilə bağlı ilk dəfə danışıb. 
 

 

Sfera.az xəbər verir ki, pərəstişkarlarının suallarını cavablandırmaq istəyən Rivzə “Reddit”dəki “məndən istədiyini soruş” bölməsində maraqlı sual ünvanlanıb. Belə ki, heyranlarından biri onun adını daşıyan ölümcül molekul olması barədə nə düşündüyünü soruşub:

 

“Hey Kianu, Almaniyadan olan tədqiqatçılar göbələkləri öldürməkdə çox təsirli olan bir növ bakteriya tərəfindən təbii olaraq istehsal edilən molekul tapdılar və ona sizin adınıza qoydular: Keanumycins.  Bununla bağlı fikrin nədir?”.

 

Aktyor isə buna görə alimlərə təşəkkür etdiyini bildirib:

 

"Onu Con Uik adlandırmalıydılar... amma bu, da olduqca gözəl və mənim üçün sürrealdır. Sağ olsun, elm adamları! Uğurlar və bizə kömək etdiyiniz üçün sizə təşəkkür edirik”.

 

Kianu Rivz "Matrix" filmində canlandırdığı Neo, eləcə də “Con Uik” filmindəki personajı ilə yaddaşlarda iz qoyub. 

 

Xatırladaq ki, ötən ay Almaniyadakı Leibniz İnstitutunun “Bio Pilot Zavodu”nun alimləri yeni kəşf edilmiş lipopeptid növünə “Keanumycins” adını verdiklərini açıqladılar. Lipopeptidlər antibiotik kimi istifadə olunur və güclü antifungal xüsusiyyətlərə malikdirlər. Tədqiqatçılar maddənin həm bitkilərdəki, həm də insanlardakı göbələk xəstəliklərinə qarşı təsirli olduğunu müəyyən ediblər.


Adın arxasındakı düşüncə prosesini izah edən aparıcı müəllif Sebastian Götze deyib: "Lipopeptidlər o qədər təsirli şəkildə öldürür ki, biz onları Kianu Rivzin şərəfinə adlandırdıq, çünki o da öz rollarında son dərəcə ölümcüldür".

 

Yeni kəşf edilmiş “keanumycin”lər boz kif çürüməsinə səbəb olan və hər il böyük məhsul itkisinə gətirib çıxaran zərərvericisi “Botrytis cinerea”ya qarşı effektiv işləyir. Bu zərərvericidən 200-dən çox müxtəlif növ meyvə və tərəvəz, xüsusilə çiyələk və yetişməmiş üzüm təsirlənir. Tədqiqatçılar əlavə edib ki, “keanumycin”lər bitkilər üçün zərərsizdir, ona görə də kimyəvi pestisidlərə ekoloji cəhətdən təmiz və təbii alternativ kimi istifadə edilə bilər.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

Xaçmazda AĞIR QƏZA – Xəsarət alanlar var

Xaçmaz şəhərində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, &l...

Azərbaycanda hər 3 kişidən biri siqaret çəkir - Tədqiqat

Azərbaycanda yaşı 15-dən yuxarı olan hər 3 kişidən biri siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinin tədqiqatına istinadən xəbər verir ki, 2...

İlham Əliyev Belarusu Dünya Şəhərsalma Forumunda iştiraka DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət edib.   Sfera.az xəbər v...

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.   ...