Pakistanda polis maşınına bombalı hücum: 9 ölü, 9 yaralı - VİDEO

Pakistanda polis maşınına bombalı hücum: 9 ölü, 9 yaralı - VİDEO

Pakistanın Bolan şəhərində törədilən bombalı hücumda 9 polis həyatını itirib, 9 polis isə yaralanıb.

 

Pakistanın Bəlucistan əyalətinin Bolan şəhərində polis maşınına bombalı hücum təşkil edilib.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, hücumu həyata keçirən şəxs bomba yüklü motosikletini polis maşınına çırpıb. 

 

Polis Mehmud Notezai bildirib ki, hücum nəticəsində Bəlucistan Polis Xidmətindən 9 polis həlak olub, 9 polis is xəsarət alıb. 

 

Kambri körpüsü yaxınlığında baş verən hücumda yaralanan polislər xəstəxanaya aparılıb.

 

Polisdən verilən açıqlamada, bomba zərərsizləşdirmə qruplarının hadisə yerinə gəldiyi və ərazidə axtarış işlərinin davam etdiyi bildirilib. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR