Bill Qeyts ilk dəfə baba oldu - FOTO

Bill Qeyts ilk dəfə baba oldu - FOTO

Dünyanın ən zəngin insanlarından biri olan milyarder Bill Qeyts ilk dəfə baba olub. Onun böyük qızı Cennifer Qeyts ilk övladını dünyaya gətirib.
 

Sfera.az bildirir ki, Cennifer və əri Nael Nassar ilk körpələrinin fotolarını yerləşdirərək "Kiçik ailəmizdən sevgilər" sözlərini yazıblar.


Cennifer Qeyts körpəsinin ilk fotosunu paylaşıb.
 

İlk qızlarından biri Melinda Geytsi təbrik edib, paylaşımım altında: "Dünyaya xoş gəlmisən”yazıb.
 

Cennifer və Nael uşağın dəqiq doğum tarixi və ilk övladlarına nə ad verəcəkləri barədə məlumat verməyiblər.
 

Qeyd edək ki, 26 yaşlı Cennifer Qeyts həkim olmaq üçün təhsil alır. Misirdən olan peşəkar atçı əri ilə o, yarışlarda tanış olub. Sonra birlikdə beynəlxalq yarışlarda çıxış ediblər. Cütlük 2021-ci ilin oktyabrında ailə qurub. Keçən ilin noyabrında ilk övladlarını gözlədiklərini açıqlayıblar.


Cennifer Qeyts Stenford Universitetini bitirdikdən sonra hədiyyə olaraq aldığı Vestçesterdəki at fermasında dəbdəbəli toy təşkil edib.
 

İndi o, həyat yoldaşı və uşağı ilə Nyu-Yorkun ən bahalı mənzillərindən birində yaşayır. Buraya uşaq gözlədiyini elan etdikdən bir müddət sonra köçüblər.
 

Qeyd edək ki, Cennifer Bill Qeyts və Melinda Qeytsin ən böyük övladıdır. İlk evlənən də odur. Cütlüyün digər qızı Fibi hazırda Stenford Universitetinin tələbəsidir və Robert Rossla görüşür.


23 yaşlı Rori Qeyts sosial mediada çox aktiv deyil və hələ ki, heç kimlə görüşdüyünü elan etməyib.


Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR