Təyyarə quşla toqquşdu – Qorxulu anlar

Təyyarə quşla toqquşdu – Qorxulu anlar

Kubada sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra quşlarla toqquşub. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Kubadan havaya qalxan ABŞ-ın “Southwest Airlines” şirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsində qorxulu anlar yaşanıb. Quşlarla toqquşduqdan sonra təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən salonu tüstü bürüyüb. Sərnişinlər panikaya düşüblər.

 

Florida reysini həyata keçirən təyyarə paytaxt Havanaya dönərək təcili eniş edib.


Aviaşirkətdən verilən açıqlamada 147 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin təhlükəsiz şəkildə hava limanına çatdığı və insanların təxliyyə edildiyi bildirilib. Hadisə zamanı xəsarət alan olmayıb. Aviaşirkət sərnişinlərin başqa təyyarəyə yönləndirildiyini açıqlayıb. 

 

Hadisə ilə bağlı Kuba Mülki Aviasiya İdarəsi tərəfindən araşdırma başladılıb.

 

Lalə

Sfera.az 
 


OXŞAR XƏBƏRLƏR