"Üçüncü Dünya Müharibəsinin qarşısını ala biləcək yeganə insanam" – Tramp

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayan keçmiş prezident Donald Tramp Amerika Mühafizəkarlar İttifaqının təşkil etdiyi konfransda çıxış edib. 


Sfera.az xarici mətbuata istinadən bildirir ki, Tramp 1 saat 45 dəqiqə davam edən çıxışındakı iddiaları ilə gündəmə gəlib. 

 

"Üçüncü Dünya Müharibəsinin başlamasının qarşısını alacaq yeganə insan mənəm" deyən sabiq prezident bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini isə “bir gündə” bitirə biləcəyini iddia edib.

 

O, həmçinin prezidentlik dövründə özünün həyata keçirdiyi Rusiya və Çin siyasətini də tərifləyib.

 

Hazırda ABŞ-ın azad ölkə olmadığını və ölkədə azad mətbuatın da mövcud olmadığını iddia edən Tramp, “Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. Zülm və xəyanətə məruz qalanlar, mən sizin intiqamınızam”, - deyib. 

 

ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etdiyini deyən eks prezident Talibanın ABŞ-ın Əfqanıstanda qoyduğu silahları başqa ölkələrə satdığını da diqqətə çatdırıb.
Co Bayden administrasiyasını tənqid edən eks prezident “Biz Baydeni Ağ Evdən çıxaracağıq”, - deyə qeyd edib.

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR