Nadir Qafarzadə həyat yoldaşı haqda: "Hara getsəm, onun yanına gəlirəm"

Maqazin
19:30 / 06.03.2023
32716
Müğənni Nadir Qafarzadə MTV Azərbaycan kanalında həyat yoldaşı Sevinc Qafarzadə ilə münasibətindən danışıb.
Sfera.az xəbər verir ki, Nadir Qafarzadə şəxsi həyatı haqqında açıqlamaları ilə diqqət çəkib:
"Qadınlar elədir ki, ömürboyu qısqanırlar. Çox maraqlıdır, gənclikdə deyil, yaşlanandan sonra qısqanırlar. Etiraf edirəm ki, qısqanclıq var. Amma o bilir ki, qısqanmaq boşunadır. Hara getsəm, onun yanına gəlirəm. Düzdür, çox yerə də getmirəm. Həmişə düzgün getmişəm. Düzgün yaşayırıq ki, qadağalar olmasın.
Ümumiyyətlə, insan elə yaşamalıdır ki, ona qadağa qoyulmasın. Əslində, sevirsənsə, ona etibar etməlisən. Həqiq sevgi və etibar olmalıdır. Deməli, etibar etmirsən ki, qısqanırsan".
Qeyd edək ki, cütlüyün iki oğlu var.