Könül Kərimova boşandığını etiraf etdi

Könül Kərimova boşandığını etiraf etdi

Əməkdar artist Könül Kərimova həyat yoldaşından boşandığını etiraf edib.

 

Sfera.az xəbər verir ki, müğənni bu haqda "Günün sədası" verilişində deyib. Kərimova evliliyini 30 il qoruya bildiyini açıqlayıb:

 

"Xanımlığı çox arzu etdim, amma qismətim olmadı. Bu yaxınlarda bir yazıçıdan gözəl söz eşitdim. Dedi ki, yanlış bir evlilik bütün ömrün boyu uduzmaq deməkdir. Etiraf edirəm ki, çox şeylərdən geri qalmağımın səbəbi məhz evliliklə bağlı yaşadığım bu çətinliklərim oldu.

 

Ağır bir məclisdən çıxırdım, gedib yorğun, halsız evə çatırdım və evdəki problemləri həll etməyə başlayırdım. Xatırlamıram ki, gəlib evdə nəyisə hazır görüm. Əslində bu addımı atmaq o qədər də çətin olmadı. Çünki mən vidalaşmışdım. Elə ilk gündən, yanlış imza atdığım andan bunu hiss etmişdim. Başa düşdüm ki, evlilik sadəcə kağız üzərində olmur. Hara qədər bacardımsa, oraya kimi daşıdım. Çox səliqəli sağollaşdıq. Məktub yazdı ki, bağışlayın, olmadı...”.

 

Qeyd edək ki, Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Zaman-zaman onların boşanmaları haqda xəbərlər yayılsa da, K. Kərimova bunu inkar edib. Cütlüyün iki övladı var.


OXŞAR XƏBƏRLƏR

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...

Azərbaycanda kazinoların açılması fayda verəcək? - RƏY

Son günlər sosial şəbəkələrdə Azərbaycanda kazinoların açılması mövzusu müzakirə obyektinə çevrilib.   Maraqlıdır, ölkəmizdə kazinoların açılması nə ...

Bakıda içməli su xəttində qəza: ADSEA hərəkətə keçdi

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72 ünvanından keçən içməli su xəttində qəza baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...