Braziliyanın sabiq prezidenti barədə inanılmaz iddialar: 3 milyon dollarlıq hədiyyələr..

Braziliyanın sabiq prezidenti barədə inanılmaz iddialar: 3 milyon dollarlıq hədiyyələr..

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro haqqında yayılan məlumatları təkzib edib.

 

Sfera.az bildirir ki, Səudiyyə Ərəbistanının ona və həyat yoldaşına hədiyyə etdiyi iddia edilən zinət əşyalarının səlahiyyətlilərə bildirilmədən Cənubi Amerika ölkəsinə gətirildiyi barədə xəbərdən məlumatlar yayılıb.

 

“O Estado de S. Paulo” qəzetinin məlumatına görə, sözügedən ölkədən Braziliyaya qanunsuz olaraq brilyant boyunbağı, üzük, saat və sırğalardan ibarət 3,2 milyon dollarlıq zərgərlik dəstinin gətirilməsinə cəhd edilib. Səudiyyə Ərəbistanının Braziliyadakı səfirliyi məsələ ilə əlaqəli sorğuya dərhal cavab verməyib. Bolsonaro isə “CNN Brasil”ə açıqlamasında “Məni almadığım hədiyyələrlə bağlı ittiham edirlər. Lakin heç bir qanunsuzluğa yol verməmişəm, heç vaxt qanunsuz hərəkətlər etməmişəm", deyə söyləyib.

 

Buna baxmayaraq Lulanın köməkçiləri məsələ ilə bağlı araşdırmaların başlanılacağına söz verib. Ədliyyə naziri Flavio Dino federal polisdən araşdırma tələb edəcəyini, Braziliya prezidentinin sözçüsü Paulo Pimenta isə günahkarların cəzasız qalmayacağını vurğulayıb.

 

Qeyd edək ki, “O Estado de S. Paulo”nun məlumatına görə, 3 milyon avro dəyərində olan daş-qaşlar gömrük işçiləri tərəfindən o vaxtkı Mədən və Energetika naziri Bento Albukerkenin köməkçisinin bel çantasından tapılıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR