Türkiyədə müxalifət Kamal Kılıçdaroğlunu seçkilərdə namizədi ELAN EDƏCƏK

Türkiyədə müxalifət Kamal Kılıçdaroğlunu seçkilərdə namizədi ELAN EDƏCƏK

Türkiyədə müxalif alyans mayın 14-də keçiriləcək ümumi seçkilərdə “Xalq Cümhuriyyəti” Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu ortaq namizəd kimi elan etmək niyyətindədir. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

 

Eyni zamanda, qəzet seçicilərin əksəriyyətinin hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana səs verə biləcəyini də istisna etməyib.


Daha əvvəl xəbər verildiyi kimi, bu cür proqnozlar müxalifətin sıralarında mövcud olan fərqlərlə bağlıdır.

 

Müxalifətdə olan İyi Partiyanın lideri Meral Akşener martın 3-də bəyan edib ki, alyans artıq xalqın real maraqlarını əks etdirmir. Mübahisə ona görə yaranıb ki, daha əvvəl 5 partiya prezidentliyə namizəd kimi “Xalq Cümhuriyyəti”nin lideri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürüb, “İyi Partiya” isə İstanbul və Ankara bələdiyyə sədrləri Əkrəm İmamoğlunun və Mənsur Yavaşın namizədliyini müzakirə etmək niyyətində olub.

 

Bundan sonra R.T.Ərdoğan bildirib ki, onun opponentləri insanlardan deyil, daha çox mallarından narahatdırlar.

 

Əlavə edək ki, “Altılı masa” Kılıçdaroğlunun təşəbbüsü ilə 2022-ci ilin fevralından toplantılar keçirir. 

 

Müxalifət ittifaqına Türkiyənin keçmiş baş nazirinin müavini Əli Babacan və keçmiş baş nazir, keçmiş xarici işlər naziri, “Apaqa” Partiyasının lideri Əhməd Davudoğlu da qoşulub.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR