Bahalaşma iri supermarketləri narahat edir – SƏBƏBLƏR

Bahalaşma iri supermarketləri narahat edir – SƏBƏBLƏR

Dünyada mal və xidmətlərin sürətlə bahalaşamasının davam etməsi ABŞ-da iri ticarət və xidmət şirkətlərini narahat etməyə başlayıb. İri müəssisələrin rəhbərləri qiymət artımları səbəbindən gəlirlərin azalacağını proqnozlaşdırır və bəziləri hətta indidən işçi ixtisarlarına başlayıb. 


Sfera.az xəbər verir ki, “Walmart”, “Home Depot” və “T.J.Maxx” kimi böyük mağaza şəbəkələri yüksək qiymətlərin dövriyyəni kiçildəcəyini proqnozlaşdırır. 
“Best Buy” və “Macy's” kimi bəzi pərakəndə satıcılar isə artıq yavaşlamanı hiss edirlər. 


İri marketlərin açıqlamalarından aydın olur ki, ticarətdə müşahidə edilən artım qiymətlərin yüksəlməsi ilə bağlıdır. Real olaraq ticarətin həcmində artım sürətinin xeyli zəiflədiyi hiss olunur. 


“Walmart”ın rəhbəri Doug McMillon bildirir ki, istehlakçılar hələ də pul xərcləyirlər. O ilin geridə qalan dövründə ticarətin necə dəyişəcəyini proqnozlaşdırmağın çətin olduğunu söyləyib. Onun proqnozuna görə tənəzzül ehtimalı realdır. 


Lakin xərc maddələrində dəyişiklik hiss olunur. Bunun nəticəsidir ki, elektron avadanlıqların, məişət avadanlıqlarının ticarətində zəifləmə var. “Kohl's”, “Walmart”, “Target” və “Best Buy” 2023-cü ildə kompüter və digər istehlak üçün elektronika malların satışı üzrə ən pis il olacağını proqnozlaşdırırlar. 
“Macy's” şirkətinin rəhbəri Jeff Cennet bildirib ki, əsas narahatçılıq yaradan məsələ inflyasiya sürətinin əməkhaqqı artımlarındakı artım sürətindən güclü olmasıdır.Bu halda əhalinin alıcılıq qabiliyyəti zəifləyir və insanlar daha zəuri mal və xidmətlərə pul xərcləyir. 

 

Şirkət rəhbərlərinin ümumi qənaəti budur ki, istehlakçının vəziyyəti yüksək inflyasiyanın nə qədər davam etməsindən asılı olacaq. Əgər mövcud vəziyyət uzunmüddət qalarsa, o halda ticarət və xidmət sektoru böhran keçirəcək. Amma yüksək inflyasiyanı daha tez cilovlamaq mümkün olduğu təqdirdə yenidən istehlak xərclərində real artım sürətlənəcək. 


Hələlik istehlakçı ucuz mallara meyillənməyə başlayıb. Alıcılar daha ucuz mağazalara və mağaza markalarına keçirlər. Buna görə də son aylarda “Walmart”ın ərzaq satışlarında artım var. 

 

Ucuz mallara meyl edən istehlakçılar illik gəliri 80 min dollara qədər olan şəxslərdir. Mövcud iqtisadi iqlim daha yüksək gəlirli istehlakçıları bahalı pərakəndə satışa sürükləyir.


Vasif


OXŞAR XƏBƏRLƏR