Robotlar həqiqətən də insanları əvəzləyəcək? - ARAŞDIRMA

Robotlar həqiqətən də insanları əvəzləyəcək? - ARAŞDIRMA

“Chatbotlar” və ya insan müdaxiləsi olmadan paketlərin izlənilməsi və daşınması ilə məşğul olan kompüter proqramları kimi nümunələri nəzərdən keçirərkən, robotların insanları əvəz edəcəyini, o cümlədən əmək bazarında ciddi pozulmaların yaşanacağını düşünmək olar.

 

Sfera.az bildirir ki, “Brigham Young” Universitetinin sosiologiya professoru Erik Dahlinin araşdırmasına görə isə, robotlarla bağlı narahatlığa ehtiyac yoxdur.

 

Belə ki, sözügedən araşdımaya əsasən, robotların insanları əvəzetmə sürəti düşünülən qədər yüksək deyil. Sadəcə insanlar robotlarla bağlı məsələni şişirtməyə həddindən artıq meyllidirlər.

 

Erik Dahlinin “Socius” jurnalında dərc olunan “Dinamik Dünya üçün Sosioloji Tədqiqatlar” adlı araşdırması göstərib ki, çalışanların yalnız 14% -nin işi robotla əvəz olunub. Professor iş itkisi ilə robotlar arasındakı əlaqəni anlamaq üçün 2000-ə yaxın insan arasında sorğu keçirib. Respondentlərdən əvvəlcə robotlarla əvəz edilən işçilərin faiz nisbətini hesablamaları xahiş olunub. Daha sonra onlardan işəgötürənlərin onların əməyini robotla əvəz edib-etmədiyini soruşublar. Robotla əvəzlənənlər (təxminən 14%), bütün işlərin 47%-nin robotlar tərəfindən ələ keçirildiyini təxmin ediblər. İş yerini dəyişdirmə təcrübəsi olmayanlar isə hələ də iş yerlərinin 29%-nin robotlar tərəfindən əvəzləndiyini deyiblər.

 

"Ümumiyyətlə, robotların işləri ələ keçirməsi ilə bağlı təsəvvürlərimiz çox şişirdilib. İşini itirməyənlər təxminən iki dəfə, itirənlər isə üç dəfə çox buna ehtimal veriblər”, deyə Erik qeyd edib.

 

İnsanların bu cür qorxusunun 1800-cü illərin əvvəllərində başladığını deyən Dahlin prosesin daha da sürətləndiyini əlavə edib:

 

“Düzdür, biz texnoloji inkişafları gözləyirik. Amma hər hansı bir texnoloji əşyanın bir şey üçün istifadə edilməsi onun tətbiq edilə biləcəyi anlamına gəlmir. Robotların insanları iş yerlərindən uzaqlaşdırmır,  əksinə, iş yerləri həm insanları,  həm də robotları daha çox istehsal edə biləcək üsullarla birləşdirir. Məsələn, mağazalarda yerləri təmizləyən robotlar – onlar insanların əlinin çata bilməyəcəyi yerlərə də çata bilir və çalışanların işini yüngülləşdirir”.

 

Erik Dahlin həmçinin qeyd edib ki, aviasiya sənayesi robotların və insanların birlikdə işləməsinə yaxşı nümunələrdən biridir:

 

“İstehsalçılar təyyarələrin qanadlarını rəngləmək üçün robotlardan istifadə edirlər. Bir robot bir qab boyanı 24 dəqiqə ərzində tətbiq edib bitirə bilər. Amma bir insanın bunu yerinə yetirməsi üçün saatlar lazımdır. Robot boyadan istifadə edən zaman insanlar da bitənləri yenisi ilə əvəz edə bilər”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...