“İlk dəfədir ki, bir mollanın ölümünü…” – Jurnalist Hacı Şahinin məzarındakı izdihamı TƏNQİD ETDİ

“İlk dəfədir ki, bir mollanın ölümünü…” – Jurnalist Hacı Şahinin məzarındakı izdihamı TƏNQİD ETDİ

“Gecə saatlarında Hacı Şahinin məzarı üstündə keçirilən bu spontan şaxsey-vaxsey hansı anlama gəlir? Bunu təşkil edən kimdir? İlk dəfədir ki, bir mollanın ölümünü siyasiləşdirirlər və yeni şiəçilik hərəkatına təkan verirlər”.

 

Sfera.az-ın xəbərinə görə, bu sözləri jurnalist Eynulla Fətullayev sosial şəbəkə hesabında yazıb.

 

“Bu prosesin arxasında daxili qüvvə dayanır və ya xarici? Və məqsəd nədir? Sekulyar dövlətin nümayəndələri bu prosesi niyə susqunluqla qarşılayır? Qonşu İranda teokratiya qarşı gedən mübarizə  və Cənubi Azərbaycanda millətçiliyin intibahı fonunda Bakıda siyasi şiəçiliyin baş qaldırması bir çox suallar doğurur. Hələlik bu suallara cavab yoxdur…”, – E.Fətullayev qeyd edib.

 

Orxan


OXŞAR XƏBƏRLƏR