8 Martda gül dükanlarında qiymətlər necə olacaq?

8 Martda gül dükanlarında qiymətlər necə olacaq?

8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Gül və hədiyyə satılan dükanların önündə hərzamankından fərqli olaraq canlanma müşahidə olunur. Ən çox tələbat isə hər zaman olduğu kimi, təbii güllərədir.

 

Sfera.az xəbər verir ki, Trend həmin gün qiymətlərin necə olacağı ilə bağlı gül mağazaları arasında sorğu keçirib.

 

Gül satışı ilə məşğul olan Pərviz Adıgözəlov bildirib ki, 8 mart ərəfəsində müxtəlif növ güllərə tələbat artıb.

 

"Ən çox tələbat qızılgül və papatyalaradır. Satdığımız güllərin əksəriyyəti ölkəmizdə becərilir. Tələbat artanda Niderlanddan da gül gətirilir. Hazırda qırmızı qızılgülün qiyməti 5-6 manat arasında dəyişir. Digər güllərin qiyməti isə 5 manat təşkil edir. Ötən ilə nisbətən güllərin qiymətində 50 qəpiyə qədər qalxma hiss olunur. Buketlər də güllərin sayına və növünə görə dəyişir. Belə ki, ən ucuz buket 25-manatdan başlayır. Buketə dizayn vermək də qiymətə daxildir. Dibçək güllərinə də maraq az deyil. Dibçəkdə orxideya 30-35, kala gülü isə 35 manata satılır", - satıcı qeyd edib.

 

Bakının tanınmış gül salonlarında da ən çox satılan güllər arasında qızıl güllərin olduğunu bildirdilər. Qiymətlər 5-7 manat aralığında dəyişir. Ötən ilə nisbətən bahalaşma olmadığı söylənilir. Bahalaşma, əsasən, xaricdən gətirilən güllərin qiymətində müşahidə olunur. Bunun səbəbini isə güllərin xaricdən baha gəldiyi ilə əlaqələndirirlər. Ölkəmizdə becərilən güllərin isə qiymətinin bahalaşmadığı bildirilir. Qızılgülün qiyməti onun boyuna və rənginə görə dəyişir.

 

Qeyd edək ki, 8 mart Qadınlar Gününün mahiyyətinə və tarixinə gəlincə, bu bayram qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda verdiyi mübarizənin başladığı tarixdən götürülür. Belə ki, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil ediblər. Bu hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1957-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il qadın günü olaraq qeyd olunması qərarlaşdırılıb.

 

Daha sonra Birləşmiş Millətlər Təşkilatı 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirdi. İki il sonra isə BMT-nin ümumi qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Beynəlxalq Qadınlar Günü, eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...