“Mövqeləri özləri ilə birgə göyə uçurulacaq!” – Deputatdan SƏRT AÇIQLAMA

“Mövqeləri özləri ilə birgə göyə uçurulacaq!” – Deputatdan SƏRT AÇIQLAMA

“Rusiya Müdafiə Nazirliyinin baş verənlərlə bağlı susmağa üstünlük verməsi çox şey deyir”.

 

Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev son təxribatdan danışarkən deyib. O, Rusiya Müdafiə Nazirliyinin ötən gün yaydığı xəbər bülletenini xatırladıb:

 

“Burada qeyd olunan “Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmini, mümkün insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistanın Silahlı  Qüvvələrinin Baş Qərargahları ilə davamlı əlaqə saxlanılır" cümləsi isə üçtərəfli bəyanatın yerinə yetirilməməsinin daha bir təsdiqidir. Qarabağdakı Rusiya hərbi kontingenti yerləşdiyi Azərbaycan torpağında hər hansı insidentin qarşısını almaq üçün Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahıyla əlaqə saxlamamalıdır. Üzərinə düşən öhdəliyi yerinə yetirərək həmin ölkənin hələ də Qarabağda qalmaqda davam edən ordusunun tör-töküntülərini oradan çıxarmalıdır! Əgər təkbaşına gücü çatmırsa, bizim ordumuzdan dəstək istəməlidir”.

 

 

Millət vəkili qeyd edib ki, bundan sonra  Azərbaycan ordusu qanunsuz silahlı birləşmələrin torpaqlarımızda “at oynatmaları”nı görməzdən gəlməyəcək:

 

“Əminəm ki, hərbçilərimizə atəş açanların cavabları amansızlıqla veriləcək və onların mövqeləri özləri ilə birgə göyə uçurulacaq!”.

 

Xatırladaq ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR