Azərbaycanda ailə faciəsi - Azyaşlı bacılar öldü + FOTO

Azərbaycanda ailə faciəsi - Azyaşlı bacılar öldü + FOTO

Kürdəmirdə iki bacının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sfera.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə rayonun Karrar kəndində 2012-cu il təvəllüdlü Qasımzadə Səma Elton qızı və onun 2014-cü il təvəllüdlü bacısı Fəridə hamamda dəm qazından zəhərlənib. Bacılar xəstəxanaya aparılarkən yolda vəfat ediblər.

 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR