\"Anadolu\" agentliyi Azərbaycanın yardımından YAZDI

\

Fevralın 6-da Azərbaycan Fövqəladə Hallar Nazirliyinin tabeliyindəki 760 nəfərdən ibarət heyət Türkiyəyə gələrək Kahramanmaraşda işə başlayıb. Komandadan 114 nəfər daha sonra Hatay şəhərinə gedib, aralarında həkim və mühəndislərin də olduğu Azərbaycan qrupu Kahramanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatılaraq 53 nəfəri dağıntılar altından xilas edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi yazıb.

 

24 saat prinsipi ilə üç növbəli şəkildə aparılan işlərdə axtarış-xilasetmə üçün hazırlanmış 3 avtomobil, istiliyə həssas axtarış-xilasetmə cihazları və istilik kameraları ilə xüsusi təlim keçmiş 8 axtarış-xilasetmə itindən istifadə olunub. Azərbaycan komandası həmçinin Kahramanmaraşda 2 səhra xəstəxanası yaradıb. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışır. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə dəstək olurlar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkən təxminən 2500 insana sağlamlıq xidmətləri və psixo-sosial dəstək göstərilmişdir. Xəstəxanalarda çalışan pediatrlar zəlzələdən zərər çəkən uşaqlara qulluq edir.

 

Azərbaycan komandası Kahramanmaraş və rayonlarında 10 nöqtədə çadır şəhərciklər yaradıb. 830 çadırlı şəhərciklərdən bir çox vətəndaş faydalanır. Çadır şəhərciklərində uşaqlar üçün hər bir xırda məqamın düşünüldüyü oyun meydançaları da var. Kahramanmaraşda səyyar mətbəx yaradan Azərbaycan komandası hər gün 1000 nəfər üçün yemək hazırlayır və zəlzələ qurbanlarına xidmət göstərir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi də 10 təyyarə və yük maşını ilə Türkiyəyə adyal və qızdırıcı kimi humanitar yardım göndərib. Axtarış-xilasetmə işlərinin tamamlanmasından sonra qrupun bir hissəsi Türkiyəni tərk edib, aralarında həkimlərin də olduğu 310 nəfər isə Kahramanmaraşda yardım işlərinə davam edir.


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...