Rusiyanın Ukraynadakı müharibədə itkiləri - YENİ SİYAHI

17:49 / 05.03.2023
37375
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 153 120 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 414 tank, 6 692 zirehli maşın, 2 426 artilleriya sistemi, 488 reaktiv yaylım atəşi sistemi, 248 hava hücumundan müdafiə sistemi, 302 təyyarə, 289 helikopter, 2 071 PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 5 299 avtomobil texnikası və avtosistern, 232 xüsusi texnikadan ibarətdir.