Rusiyaya da, Ukraynaya da silah vermirik - Serbiya prezidenti

14:02 / 05.03.2023
28223
Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etmədiyini bildirib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Vuçiç Serbiyanın silah-sursatın üçüncü tərəfə ötürülməsindən qorunmaq üçün əlavə tədbirlər gördüyünü açıqlayıb.
"Hər bir müqavilədə ölkənin istehsal etdiyi silahların Belqradın icazəsi olmadan yenidən satışına qadağa qoyulub", - deyə o söyləyib.
Vuçiç xatırladıb ki, ölkəsi əvvəllər münaqişə zonalarına silah çatdırılmasında ittiham olunub.