Türk milləti bunu heç vaxt unutmayacaq - Çavuşoğlu

Türk milləti bunu heç vaxt unutmayacaq - Çavuşoğlu

Türkiyənin arici işlər naziri Mövlud Çavuşoğlu Qətərin paytaxtı Dohada keçirilən Birləşmiş Millətlər Təşkilatının EAGU-V konfransında iştirak edib.

 

Sfera.az "TRT Haber"ə istinadən xəbər verir ki, konfransın açılış hissəsində çıxış edən Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb.

 

Ərdoğanın hər zaman ən az inkişaf etmiş ölkələrin davamlı inkişafını prioritet hesab etdiyini deyən Çavuşoğlu onun bu konfransın yeni qlobal tərəfdaşlığın inkişafında özəl mərhələ olacağına inandığını vurğulayıb.

 

“Biz ən az inkişaf etmiş ölkələrin sosial, iqtisadi və ekoloji inkişafdan faydalanmasına imkan yaradacaq tərəfdaşlıqdan, qlobal iqtisadi və maliyyə sisteminin bərabərsizliyin daha da dərinləşməsinə mane olacaq əməkdaşlığından ötrü çalışırıq. Fevralın 6-da Türkiyənin iki böyük zəlzələ ilə sarsıldığını və türk xalqının dərin hüzn içində olduğunu qeyd etməliyəm. Bu ağrılı günlərdə beynəlxalq ictimaiyyətin göstərdiyi səmimi həmrəylik ürəklərimizi isitdi, bizə güc verdi", - deyə o söyləyib.

 

Ən az inkişaf etmiş ölkələrin çətin anlarda Türkiyəyə dəstək verən və həmrəylik göstərən ilk ölkələr arasında olduğunu bildirən Çavuşoğlu türk millətinin bunu heç vaxt unutmayacağını əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...