Bu firma 17 milyard itirdi
Dünya
16:34 / 11.10.2016
1456
Cənubi Koreyanın Samsung Electronics şirkəti Galaxy Note 7 telefonlarının satışdan tamamilə çıxarması ilə bağlı verdiyi elandan sonra 17 milyard dollar itirib.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, şirkət təmirdən sonra da öz-özünə yanma hallarının müşahidə edilməsi ilə bağlı həmin telefonların istehsalını dayandırmaq qərarı verib.
Şirkət, həmçinin Galaxy Note 7 sahiblərindən mütəxəssislər yaranmış problem aradan qaldırana qədər telefonları bağlı saxlamalarını, istifadə etməmələrini xahiş edib.
Bu olay Samsung Electronics-in səhmlərinin də oktyabrın 11-dən etibarən maksimal templə düşməsinə səbəb olub.