Sirkə turşusu içib öldü
16:23 / 11.10.2016
2458
Bakıda ahıl qadın zəhərlənərək ölüb.
Sfera.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Rayon sakini 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova sirkə turşusu içib. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin intihar olub-olmamağı araşdırılır.