General cangüdənləriylə birgə öldürüldü
Dünya
16:21 / 11.10.2016
1275
Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində general Robl Cimal Qobanl və onun 5 cangüdəni həlak olub.
Terrorçu bomba yüklənmiş avtomobili generalın Müdafiə Nazirliyinin Moqadişoda yerləşən binası qarşısındakı maşınının yaxınlığında partladıb.
Hücumun qurbanı olan generalın ölkədə fəaliyyət göstərən "Aş-Şabab” terror qruplaşması ilə mübarizə aparan Somali ordusunun üçüncü korpusunun komandiri olduğu bildirilir.
Terror aktına görə məsuliyyəti "Aş-Şabab” qruplaşması üzərinə götürüb.