Məşhur brendlər ətraf mühitə təsiri necə azaldır? – “Vogue” jurnalının İZAHI

Məşhur brendlər ətraf mühitə təsiri necə azaldır? – “Vogue” jurnalının İZAHI

Sürətli modanın səbəb olduğu ətraf mühit və ekoloji problemlər heç kimə sirr deyil. Son illərdə bu, daha da artıb. “McKinsey”in hesabatına görə, hazırda dünya ildə 100 milyarddan çox geyim istehlak olunur. Bütövlükdə isə sənaye hər il poliqonlara atılan 92 milyon ton tullantıdan məsuldur. Digər tərəfdən, 2017-ci il hesabatında mikroplastik çirklənmənin 35 faizinin sintetik tekstil məmulatlarının yuyulmasından qaynaqlandığını və bunun çoxunun sürətli moda markaları tərəfindən olduğu aşkar edilib.

 

Sfera.az “Vogue” jurnalına istinadən bildirir ki,  artıq pərakəndə satıcılar problemləri həll etmək üçün səylərini artırmağa başlayıblar. “Moda sənayesi hazırda olduğu kimi fəaliyyətini davam etdirə bilməz. Planetimizin resursları yoxdur”, deyə  “H&M” brendinin meneceri Corcina Ualter jurnala açıqlamasında deyib. “Uniqlo”, “Mango”, “Asos” kimi markalar da son illərdə ekoloji kolleksiyalarını genişləndirib, həmçinin “yaşıl təşəbbüslər dalğasına” start verib.

 

Bəs sürətli moda ətraf mühitə təsirini necə azalda bilər?

 

“Eco-Age”nin tekstil rəhbəri Şarlot Turner “Əsas məsələ xüsusilə də “davamlı parçalar” dedikdə nəyin nəzərdə tutulduğuna dair fikir birliyinin olmamasıdır. Brendlərin hərəkətə keçdiyini görmək önəmlidir, lakin bu addım mənalı və yaxşı məlumatlandırılmış olmalıdır. Ətraf mühitə təsirin azaldılmasını həmişəkindən daha ucuz qiymətlərlə artan həcmdə məhsulların təqdimatına əsaslanan biznes modeli ilə əlaqələndirmək çətindir”, deyə söyləyib.

 

“Vogue” jurnalı beş əsas markanın ətraf mühit öhdəliklərini araşdırıb.

 

“Zara”nın öhdəlikləri - 2025-ci ilə qədər pambıq, kətan və polyesterin 100 faizi, 2023-cü ilə qədər isə viskozun 100 faizinin dayanıqlı olması. Bunun mənası nədir? “Inditex” (həmçinin Bershka və Pull&Bear-a sahibdir) bütün pambığın orijinal olacağını, təkrar emal ediləcəyini  və ya daha sosial və ekoloji cəhətdən davamlı təcrübələri mənimsəmək üçün fermerlərlə işləyən qeyri-kommersiya təşkilatı olan “Better Cotton Initiative”ə uyğun istehsal olunacağını deyir. Pərakəndə satıcı poliesterinin 100 faizinin təkrar emal ediləcəyini vəd edir. Təsirləri nələrdir? – “Inditex”in parçalarının 90 faizi pambıq, kətan, polyester və viskozadan ibarətdir, ona görə də bu materialların daha diqqətli tədarükü şirkətə onun ətraf mühitə təsirini azaltmağa kömək edəcək. Həmçinin markanın “eko” mağazaları adi mağazalarından fərqli olaraq, ən azı 20 faiz az elektrik və 40 faiz az sudan istifadə edir. İndiyədək onun mağazalarının 86 faizi bu standarta cavab verib. Eyni zamanda, şirkətin mağazalarında, logistik mərkəzlərində və ofislərində istifadə etdiyi enerjinin 80 faizi 2025-ci ilə qədər yenilənə bilər. Mağazalarında enerji və su istehlakını azaltmaq “Zara”nın təbii resurslardan istifadəni azaltmaq üçün atdığı addımlardan biridir.

 

“H&M”in öhdəlikləri  - 2030-cu ilə qədər materialların və məhsulların 100 faizi təkrar emal ediləcək və ya davamlı şəkildə əldə ediləcək. Bu məqsəd H&M Qrupunun (həmçinin bura Arket, & Other Stories və Cos daxildir) bütün məhsullarının təkrar istifadə oluna biləcəyi bir sistemdir. Hazırda onun materiallarının 57 faizi Material Davamlılıq İndeksi (MSI) kimi sənaye meyarlarına uyğun olaraq təkrar emal olunur və ya davamlı şəkildə əldə edilir. Bu, müsbət faktorlardan olsa da, şirkət hələ də sözügedən sistemi yaratmaqdan uzaqdır. Əsas öhdəlik isə 2040-cı ilə qədər planetə ümumi müsbət təsir göstərməkdir. Şirkət öz fəaliyyətindən karbon qazını kompensasiya etməyi, həmçinin istixana emissiyalarını 40 faiz azaltmağı hədəfləyir. O, həmçinin 100 faiz bərpa olunan enerjidən istifadə etməyi qarşısına məqsəd qoyub. Moda sənayesi iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək istəyirsə, karbon emissiyalarının azaldılması vacibdir. 

 

“Uniqlo”nun öhdəlikləri - Təhlükəli kimyəvi maddələrin emissiyasını sıfırlamaq. Markanın sahibi bütün tədarük zənciri boyunca təhlükəli kimyəvi maddələri tamamilə aradan qaldırmağı öhdəsinə götürüb. Şirkət öz saytında qadağan olunmuş kimyəvi maddələrin siyahısını açıqlayıb.” Uniqlo”nun öhdəliyi markaları kimyəvi tullantıların səbəb olduğu suyun çirklənməsi ilə mübarizə aparmağa çağıran “Greenpeace”in “Detox My Fashion” adlı  kampaniyasına uyğundur. Dünya Bankının məlumatına görə, sənaye sularının 20 faizə qədəri tekstil məhsullarının rənglənməsi və təmizlənməsindən qaynaqlanır. Digər öhdəliklərdən biri də birdəfəlik plastikdən istifadəni 85 faiz azaltmaqdır. Şirkət 12 ölkədə plastik paketlərdən kağız torbalara keçəcək və müəyyən əşyaların üzərindəki plastik qablaşdırmaları dayandıracaq. Bu, ildə təxminən 7800 ton plastikin məhvinə kömək edəcək. “Uniqlo” həmçinin, ekoloji cəhətdən təmiz, təkrar istifadə edilə bilən çantalar da satacaq.

 

“Mango”nun öhdəlikləri -Bütün xətlər boyunca davamlı liflərdən və proseslərdən istifadəni artırmaq. “Mango” qeyd edib ki, davamlı şəkildə istehsal olunan geyimlərinin sayı 2017-ci ildən 2018-ci ilə qədər iki dəfə artıb. Brend təkrar emal edilmiş liflər üçün yeni daxili məqsədlər qoyub, lakin bu hədəfləri ictimaiyyətə açıqlamayıb. Daha ekoloji cəhətdən təmiz parçalara və istehsal üsullarına doğru irəliləmək, şübhəsiz ki, müsbət addımdır. “Lyocell” davamlı selüloz lifinin nümunəsidir - o, ağac sellülozundan hazırlanır və pambıqdan daha az enerji tələb edir. Digər öhdəliklərdən biri də pambığın 50 faizinin davamlı şəkildə əldə edilməsidir. “Zara” kimi “Mango” da bu hədəfə çatmaq üçün “Better Cotton Initiative” proqramına qoşulub. Məqsəd isə şirkətin sosial və ətraf mühitə təsirini həll etməkdir.

 

“Asos”un öhdəlikləri – Dairəvi dizayn və məhsul qruplarını hazırlamaq, Böyük Britaniya və Almaniyada təkrar emal proqramlarını işə salmaq. Şirkət dizaynerlərinə xüsusi kurs yaratmaq üçün London Moda Kollecinin “Davamlı Moda Mərkəzi” ilə əməkdaşlığa başlayıb. Brendin üzərinə götürdüyü öhdəliklər göstərir ki, o, daha dayanıqlı biznes modeli axtarır. Bununla belə, hər hansı bir sürətli moda pərakəndə satışının tam dövriyyəyə nail olması üçün çox uzun bir yol var. Digər öhdəliklərdən biri karbonun intensivliyini hər il daha da azaltmaqdır. Şirkət karbon emissiyalarını dörd əsas sahədə azaltmağı hədəfləyir: binalar, işgüzar səfərlər, qablaşdırma, malların daşınması. “Asos”un son hesabatı şirkətin emissiyalarını illik 28 faiz azaltdığını göstərir.

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinad verir.   Hadisə şahidlərinin verdiyi məluma...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...