Karantin rejiminin psixoloji fəsadları: Sağalma prosesi necə olacaq? - ARAŞDIRMA

Karantin rejiminin psixoloji fəsadları: Sağalma prosesi necə olacaq? - ARAŞDIRMA

Pandemiyaya görə tətbiq edilən karantin qaydaları insanların zehnində dərin izlər buraxıb.

 

Sfera.az  “The Conversation UK” ya istinadən bildirir ki, sosial təcridin daha əvvəl psixoloji problemləri olmayan insanların belə psixi sağlamlığına mənfi təsirləri ortaya çıxıb. Bu, əhval-ruhiyyənin azalması ilə yanaşı, yalnızlıq, yorğunluq, stress və konsentrasiya problemləri ilə əlaqələndirilib. İnsanların sosial təcrid dövründən necə çıxdıqları ilə bağlı bir sıra araşdırmalar aparılıb. Məhdudiyyətlər psixoloqlara sosial izolyasiyanın ümumi əhaliyə təsirlərini öyrənmək üçün unikal bir fürsət verib. Digər tərəfdən, insanların  sosiallaşmaq vasitəsilə çoxlu faydalar əldə etdiyi bəllidir - demansın qarşısının alınması və yaddaşın artırılmasından tutmuş konsentrasiyanın və aydın düşünmə qabiliyyətinin yaxşılaşdırılmasına qədər... Lakin pandemiya zamanı sosial həyatımız məhdudlaşdıqca,  bu imkanlardan da məhrum olduq.

 

İngiltərəli tədqiqatçılar karantindən sonra insanların sosial bacarıqlara adaptasiyası barədə araşdırma aparıblar.  Belə ki, sorğu iştirakçılarından diqqət, öyrənmə qabiliyyəti, iş yaddaşı və hətta vaxt qavrayışındakı dəyişiklikləri qiymətləndirmək üçün bir sıra onlayn testləri tamamlamaqları istənilib. Bu çərçivədə qeyd olunub ki, diqqət, öyrənmə qabiliyyəti və iş yaddaşı çalışan zaman və ya oxuyarkən yerinə yetirə biləcəyimiz tapşırıqlar üçün vacibdir: “Bunlar öyrəndiyimiz şeyləri nə qədər yaxşı xatırladığımızın, bir tapşırığa nə qədər diqqət yetirə biləcəyimizin göstəriciləridir”. Mütəxəssislər bildiriblər ki, karantin məhdudiyyətləri yüngülləşdikcə bu göstəricilərin hamısı sürətlə yaxşılaşıb və tədqiqat iştirakçıları hər həftə irəliləyişlər əldə ediblər. “Hamımız müxtəlif dərəcələrdə yalnızlıq və təcrid dövrü yaşayırıq, buna görə də sosiallaşmanın faydalarından qismən də olsa məhrum olmağımız təəccüblü deyil. Araşdırmalara görə, karantin də  əksəriyyətin daha diqqətsiz, ləng və yorğun edib. Ancaq insanların yenidən sosiallaşmağa başlaması ilə idrak funksiyasının yaxşılaşdığının şahidi oluruq və bu sürət ümidin olduğunu göstərir”.

 

İnsanlar sosial varlıqdır. Pandemiyadan sonra psixoloqlar da qarşılıqlı əlaqənin rifahımız və zehni qabiliyyətimizin hər sahəsi üçün nə qədər vacib olduğunu anlamağa başlayıblar.

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR