Latviya prezidentinin bu sözləri Zelenskini gülümsətdi - VİDEO
Ukrayna prezidenti Volodimir Zelenskinin son görüntüləri gündəm olub.
Sfera.az bildirir ki, ölkə başçısı Latviya prezidenti Egils Levitslə görüşü zamanı gülüşünü saxlaya bilməyib. Belə ki, Latviya prezidenti çıxışında “Vurğulamaq istərdim ki, sülh sazişinin imzalanacağı şərtləri yalnız Ukrayna diktə edə bilər. Davamlı sülh Ukraynanın tam ərazi bütövlüyünü əhatə etməlidir”, - deyə bildirib. Buna cavab olaraq Ukrayna lideri həmkarına baxaraq gülümsəyib.
Bununla bağlı video sosial media platformalarında paylaşılaraq qısa müddətdə müzakirə obyektinə çevrilib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Kiyevin 10 bənddən ibarət “sülh planı”nın olduğunu demişdi. Onların arasında nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi, məhbusların mübadiləsi, habelə Ukraynanın ərazi bütövlüyünün bərpası da var.
Günay Rəsulqızı