Beş uşağını öldürən qadın 16 ildən sonra evtanaziya ilə həyatına son qoydu

Beş uşağını öldürən qadın 16 ildən sonra evtanaziya ilə həyatına son qoydu

Belçikanın Nivelles qəsəbəsində 16 il əvvəl beş uşağını öldürən Geneviève Lhermitte (Cenevə Lermitte) adlı qadın psixoloji sarsıntılar səbəbiylə evtanaziya hüququndan istifadə edərək həyatına son qoyub.


Sfera.az BBC-yə istinadən bildirir ki, xəstəliyi irəlilədikdən sonra “Leonardo da Vinci” xəstəxanasına aparılan 56 yaşlı Lermitte dözülməz psixoloji sarsıntı səbəbiylə evtanaziya istəyib. Lermittenin həyatına evtanaziya ilə 28 fevral Çərşənbə axşamı günü, tələb təsdiqləndikdən sonra son qoyulub.


Bəs nə baş vermişdi?
 

Lermitte 2007-ci il fevralın 28-də Mərakeşdə olarkən övladları - 15 yaşlı Yasmina, 12 yaşlı Nora, 10 yaşlı Miriam, yeddi yaşlı Mina və üç yaşlı Mehdini bir-bir öldürüb.
 

Araşdırma zamanı məlum olub ki, Lermitte doğuşdan sonrakı depressiyaya görə bir neçə dəfə intihara cəhd edib.
 

Məhkəmənin təyin etdiyi psixiatrik ekspertiza belçikalı qadının ciddi psixi pozğunluğu olduğu və hərəkətlərinə nəzarət edə bilmədiyi qənaətinə gəlib.


Lakin məhkəmə münsifləri bu fikirlə razılaşmayıb və Lermittenin ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verib.



12 ilə yaxın həbsxanada yatan Lermitte 2019-cu ildə psixiatrik müayinədən sonra qapalı klinikada müalicə olunmaq şərti ilə azadlığa buraxılıb.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR