Harri və Meqan Kral Çarlzın tacqoyma mərasiminə dəvət olunublar

Harri və Meqan Kral Çarlzın tacqoyma mərasiminə dəvət olunublar

Şahzadə Harri və Meqan Markl Çarlzın tacqoyma mərasiminə dəvət olunublar.
 

Sfera.az bildirir ki, Britaniya kral ailəsindəki qalmaqallara baxmayaraq, kralın kiçik oğlu və onun yoldaşı hələ də 2023-cü il mayın 6-na planlaşdırılan rəsmi tədbirə dəvət olunublar.
 

"Mən hiss edirəm ki, onlar mütləq dəvət olunacaqlar, düşünürəm ki, dinamika dəyişir" -deyə kral eksperti bildirib.


Həmçinin, mənbələr bildirir ki, III Çarlz ən kiçik varisi ilə münasibətləri qorumaq istəyir, buna görə də o, hətta şəxsən Sussex hersoqu və hersoginyasını tac mərasiminə dəvət etməyi planlaşdırır.
 

Qeyd edək ki, 2023-cü ilin yanvarında Harrinin “Ehtiyat” adlı xatirələri nəşr olundu. Sasseks hersoqu Bukingem sarayındakı həyatının bir sıra qalmaqallı təfərrüatlarını açıqlayıb. Şahzadə Harri şahzadə Uilyamın başına bir iş gələrsə, “ehtiyat” kimi doğulduğunu iddia edib.


III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da Şahzadə Harrinin oğlu Arçinin doğum gününə planlaşdırılıb.
 

Xatırladaq ki, Şahzadə Harri və Meqan Markl Britaniyadan sürgün olduqlarını təsdiqləyiblər.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR