Neft və qaz satışından gəlirlər 173 milyard dolları ötüb

Neft və qaz satışından gəlirlər 173 milyard dolları ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin yanvar və fevral ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 1,324 milyard dollar gəlir əldə edib. 


Sfera.az ARDNF-ə istinadən xəbər verir ki, bu aylarda “Şahdəniz” qaz və kondensat yatağından əldə edilən gəlir isə 534,751 milyon dollar olub.


ARDNF 2001-ci ildən AÇG və 2007-ci ildən “Şahdəniz” yataqlarından gəlir əldə edir. İndiyə qədər AÇG-dən 166,586 milyard dollar, “Şahdəniz”dən 6,529 milyard dollar vəsait ARDNF-ə daxil olub. 


Ümumilikdə hər iki yataq üzrə ARDNF-in gəliri 173,11 milyard dollar təşkil edib.


Vasif


OXŞAR XƏBƏRLƏR