Məşhur marka şəhər bələdçisi seriyasının Dubay versiyasını satışa çıxardı

Məşhur marka şəhər bələdçisi seriyasının Dubay versiyasını satışa çıxardı

Fransız lüks moda evi Louis Vuitton “Louis Vuitton Şəhər Bələdçisi” seriyasının Dubay versiyasını satışa çıxarıb.

 

Sfera.az bildirir ki, bununla da Dubay Yaxın Şərqdə öz nəşrini əldə edən ilk şəhər olub.

 

Brend sözügedən hadisəni qeyd etmək üçün Dubay Beynəlxalq Maliyyə Mərkəzinə məxsus “Gate Village”də pop-up köşk (müvəqqəti mağaza) açıb. Markanın üz qabığı tünd çəhrayı rəngdə olan “Dubay Şəhər Bələdçisi”nin təqdimatı martın 17-dək davam edəcək. Ziyarətçilər təxminən 46 dollara satılan “Dubay bələdçisi” haqqında daha çox məlumat əldə edə biləcəklər.

 

“Dubay indi gələcəyə yönəlmiş, sürətlə dizayn edilmiş və tikilmiş şəhərlərdən biridir”, - deyə brendin saytındakı məlumatda qeyd olunub.  Bələdçi həmçinin onlayn və bütün dünya üzrə kitab mağazalarında, eyni zamanda,  “Apple”ın  “City Guides” adlı tətbiqində mövcuddur.

 

Qeyd edək ki, son 20 il ərzində “Louis Vuitton Şəhər Bələdçisi” seriyası yerli moda, dizayn, müasir incəsənət, yemək və mədəniyyətə qeyri-adi bir baxışla dünyanın 30 metropolunu kəşf edib. Hər bir cild müxtəlif yazıçıları və qonaqları, ən gözəl otelləri, ən yaxşı restoranları, ən maraqlı mağazaları və ən məşhur tarixi yerləri görmək üçün dəvət edir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR