Qədr gecələrinin vaxtı AÇIQLANDI
Cəmiyyət
13:19 / 03.03.2023
32432
Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə əsasən, martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək.
Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan ayının 18, 20 və 22-ci günləri Qədr gecələri qeyd olunacaq. Bu isə aprelin 9, 11 və 13-nə təsadüf edəcək.
QMİ sədri qeyd edib ki, Ramazan ayının 26-cı günü də Qədr gecəsi kimi qeyd edilir. Bu isə aprelin 17-də olacaq.
Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.