Bəzi insanlar əsəbi olanda niyə gülürlər? - Mütəxəssis açıqladı

Bəzi insanlar əsəbi olanda niyə gülürlər? - Mütəxəssis açıqladı

Bəzi insanlar pis hadisə baş verən zaman belə gülürlər.

 

Sfera.az bildirir ki, ekspertlər bunun psixoloji səbəblərinin olduğunu deyir. Qeyd olunur ki, bu proses əslində insanın özünü müdafiəsindən başqa bir şey deyil.

 

Psixoloq Stanislav Samburski deyib ki, bəzi insanlar çox stress altında olduqları zaman gülə bilir. Ekspert qeyd edib ki, həmin an əslində şəxs müsbət nəsə hiss etmir, gülüş isə psixikanın qoruyucu reaksiyasından qaynaqlanır.

 

“İnsan gülüş anında ətrafda pis heç nəyin baş vermədiyini düşünür. Narahat və ya kədərli anlarda belə əsəbi gülüş istər-istəməz olur. Bununla da o, psixikasını qorumuş olur.  Adətən əsəbi təbəssümlər ən uyğun olmayan vaxtlarda baş verir və onların öhdəsindən gəlmək üçün ilk növbədə gülüşün hansı hallarda baş verdiyini müəyyən etmək lazımdır”, - psixoloq əlavə edib.

 

Mütəxəssisin sözlərinə görə, müdafiə üçün hər bir insanın öz fərdi taktikaları var: “Müəyyən hallar və ya emosiyalar qeyri-ixtiyari gülüş doğurur. Məsələn, münaqişə zamanı, günahkarlıq hissi keçirəndə, faciəvi xəbərlər alanda və s”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR