"Putini başa salmaq üçün dəfələrlə Moskvaya..." - Alman nazir

"Vladimir Putin sülh danışıqlarında maraqlı deyil, onun məqsədi Ukraynanı məhv etməkdir". 

 

Sfera.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "ARD" telekanalına müsahibəsində deyib.

 

“O, danışıq istəmir, Ukraynanı məhv etmək istəyir. O, əsgərlərini geri qaytarmağa, qətli dayandırmağa hazır deyil”, - Berbok bildirib.

 

"Putinin sülh gətirə biləcəyini düşünən hər bir ölkə bunun qeyri-mümkün olduğunu başa düşdükcə məyus olur", - o əlavə edib.

 

Almaniyanın baş diplomatının sözlərinə görə, 140-dan çox ölkənin nümayəndəsi Rusiya prezidentinə müharibənin bütün dünyaya zərər vuracağını başa salmaq üçün dəfələrlə Moskvaya gedib, lakin Putinin bunu başa düşəcəyinə dair ümidləri özünü doğrultmayıb.

 

Rusiya-Ukrayna münaqişəsi ilə bağlı Çinin təklif etdiyi “sülh planı”na toxunan Berbok qeyd edib ki, bu, plan deyil, “mövqe” sənədidir.

 

O xatırladıb ki, ötən həftə BMT Baş Assambleyasında 140 dövlət real sülh planını dəstəkləyib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR