“İranda rejim dəyişikliyi ola bilər” - ŞƏRH

“İranda rejim dəyişikliyi ola bilər” - ŞƏRH

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan verilən məlumata görə, İranda etiraz fəallığı güclənir. Məlumatda bildirilib ki, mövcud rejim müxtəlif sahələrdə böhranla üz-üzədir.  Qeyd olunub ki, bunun əsas səbəbi rejimin səriştəsizliyi və idarəetmənin düzgün qurulmamasıdır: “Dünən, fevralın 28-də İranın 14 əyalətində 20 etiraz aksiyası keçirilib. Onlardan 18-i İranın pisləşən iqtisadi durumu ilə bağlıdır. Bu etirazlar göstərir ki, İranda aksiya iştirakçılarının fəallığı güclənir”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, aksiyalara kənardan dəstək verilir:

 

“İran “Şahed” PUA-ları ilə Ukraynadakı müharibədə Rusiyaya dəstək verir. Bu da Qərbin Tehrana qarşı təzyiqlərinin artırılmasına şərait yaradır. İrandakı aksiyaların yaxın gələcəkdə səngiyəcəyi ağlabatan görünmür. Əksinə, yəqin ki, etirazlar eyni templə davam edəcək və daha da dərinləşəcək”.

 

Ekspert qeyd edib ki, Qərbin İranla bağlı konkret məqsədlərinin olduğunu nəzərə almaq lazımdır:

 

“ABŞ və müttəfiqləri bu hədəflərinə çatanadək mübarizə aparacaqlar. Böyük ehtimalla etirazlar konkret məqsədlərinə çatanadək davam edəcək.  Aksiyaların rejim dəyişikliyi ilə nəticələnməsi də mümkündür. Beləliklə, molla rejiminin çətin günləri hələ qarşıdadır”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR