Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlandı

Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlandı

Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları müvafiq araşdırmalar aparıb və ötən ilin dekabr ayından bu il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.

 

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR