Bütün dünyanın tanıdığı fəal Qreta HƏBS EDİLDİ

Bütün dünyanın tanıdığı fəal Qreta HƏBS EDİLDİ

İsveçli ekoloji fəal Qreta Tunberq Norveçin Oslo şəhərində keçirilən etiraz aksiyası zamanı həbs edilib.

 

Sfera.az bildirir ki, iqlim dəyişikliyi məsələlərində dünya liderlərinə meydan oxuması ilə tanınan 20 yaşlı gənc Norveçin yerli əhalisi olan saamilərin ərazisindəki maral otlaqlarında külək stansiyalarının tikintisinə qarşı çıxıb. O, digər 12 fəalla birlikdə energetika və maliyyə nazirliklərinin girişlərini bağlamağa cəhd edib.

 

Lakin Qreta Tunberqin bir qrup polis tərəfindən həbs olunaraq aparıldığı anı əks etdirən görüntülər yayılıb. Onun hadisə yerindən uzaqlaşdığı an müqavimət göstərmədiyi görünüb. Aktivistlər onun adını hayqırandan sonra isə o, sürətlə geri qayıdaraq etiraz aksiyasına qatılıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR