Dünya Çempionatında ən çox qol vuran futbolçu vəfat etdi - FOTO

Dünya Çempionatında ən çox qol vuran futbolçu vəfat etdi - FOTO

Fransanın Dünya Çempionatında ən çox qol vuran futbolçusu  Jyust Fonten 89 yaşında vəfat edib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu gün onun ölüm xəbərini 1973-1976-cı illər arasında idarə etdiyi və 1974-cü ildə yenidən Liqa 1-ə yüksəltdiyi Pari Sen Cermen klubu açıqladı. 

 

PSJ Fonteni "Fransız futbolunun abidəsi" kimi təsvir etdi.

 

Xatırladaq ki, əfsanəvi hücumçu 1958-ci il FİFA Dünya Kubokunda 6 matçda 13 dəfə rəqib qapısına qol vuran Fonten hələ də bir dünya çempionatında ən çox qol vurma rekordunu qoruyur. 

 

Mərakeş əsilli futbolçunun heyətində yer aldığı Fransa millisi 1958-ci il dünya çempionatının yarımfinalında 17 yaşlı Pelenin iştirak etdiyi Braziliyaya 5:2 hesabı ilə uduzaraq mübarizədən kənarlaşdırılıb.

 

O, 1953-1960-cı illərdə Fransa millisinin heyətində 21 beynəlxalq oyunda 30 qol vurub. 

 

1958-1962-ci illərdə Fonten ilə üç dəfə Fransa çempionu olan Reyms 2-0 hesabı ilə Real Madridə məğlub olub. Lakin Fonten 10 qolla turnirin bombardiri idi.

 

Futbolçunun klub karyerasındakı qol sayı da təəccüblüdür - 283 matçda 259 qol. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR