Depressiyadan çıxan müğənni açıqlamaları ilə gündəmə gəldi: “Yüzlərlə mahnımı zibilə atdım...”

Depressiyadan çıxan müğənni açıqlamaları ilə gündəmə gəldi: “Yüzlərlə mahnımı zibilə atdım...”

Yeni albom çıxarmağa hazırlaşan dünyaca məşhur müğənni Ed Şiran son illərdə keçirdiyi çətin günlər barədə ilk dəfə danışıb. 


Sfera.az xəbər verir ki, ifaçı sosial şəbəkədə yayımladığı yazıda depressiyada olduğu zamanlarla bağlı detalları bölüşüb. O, ötən il hamilə həyat yoldaşında xərçəng şişi aşkarlandıqdan və dostu Camal Edvardsın 31 yaşında gözlənilməz şəkildə vəfat etməsindən sonra depressiyaya düşdüyünü bildirib. 

 

Müğənni 2019-cu ildə ailə qurduğu uşaqlıq eşqi Çerri Sibornun ikinci uşağa hamilə ikən yaxalandığı xəstəliklə bağlı "doğuşa qədər müalicə üçün heç bir yol yox idi", - deyə bildirib. Ed Şiran həmin vaxtlar həm də müəlliflik hüquqları ilə bağlı məhkəmə iddiaları ilə üz-üzə qaldığını da xatırladıb. 

 

Ulduz bütün bu hadisələrin yıxıcı təsirinin onun həyatını, ağıl sağlamlığını və nəhayət musiqiyə baxış bucağını dəyişdiyini söyləyib. Ed Şiran bütün bunların nəticəsində yaxında çıxacaq altıncı albomu üçün yazdığı yüzlərlə mahnını zibilə atdığını açıqlayıb.

 

Ed Şiran son olaraq qeyd edib ki, may ayında pərəstişkarlarına təqdim edəcəyi “Subtract” (“Çıxma”) adlı albomu tamamilə fərqli olacaq: 

 

"Nə olacağını düşünmədən yazdım, qələmimdən nə töküldüsə, onu yazdım. Bir həftədən biraz artıq müddət ərzində on illik işlərimin yerini ən dərin, ən qaranlık düşüncələrimlə dəyişdirdim. İlk dəfə insanların bəyənəcəyi albom hazırlamağa çalışmadım, sadəcə dürüstəm. Yetkin hayatımda hazırda durduğum yerə uyğun nələrsə ortaya çıxarmağa çalışıram. Bu albomda ruhumdaki gizli qapı açılır".

 

Qeyd edək ki, Ed Şiran “Shape Of You”, “Thinking Out Loud” kimi mahnıları ilə dünya şöhrəti qazanıb. Ed-Siborn cütlüyü ikinci qızlarını ötən ilin may ayında qucaqlarına alıblar. İfaçı həyat yoldaşının səhhətinin hazırkı vəziyyəti barədə məlumat paylaşmayıb. 


Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR