Azərbaycan 422 erməni hərbçisinin meyitini və qalıqları Ermənistana qaytardı

Azərbaycan 422 erməni hərbçisinin meyitini və qalıqları Ermənistana qaytardı

44 günlük müharibə və müharibədən sonrakı hadisələr nəticəsində ölən 422 erməni hərbçisinin cəsədi və qalıqları Ermənistana qaytarılıb.

 

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclası zamanı məlumat verib.

 

Qeyd edilib ki, onlardan 225-i 2022-ci ildə sentyabr hadisələri zamanı ölüb.

 

Hazırda sentyabr hadisələri zamanı ölən iki erməni hərbçinin də cəsədinin ərazidən çıxarılması istiqamətində işlər aparılır.

 

Armen Abazyan əlavə edib ki, müharibədən sonra ümumilikdə 173 nəfər hərbi qulluqçu və mülki şəxs Ermənistana təhvil verilib.


OXŞAR XƏBƏRLƏR