Çin də “Ukrayna bataqlığına” çəkilir? - “Bu baş verərsə...”

Çin də “Ukrayna bataqlığına” çəkilir? - “Bu baş verərsə...”

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyaya ölümcül silahların verilməsi iddiası ilə bağlı Çinə xəbərdarlıq edib. O, qeyd edib ki, Çin bunu edəcəyi təqdirdə cavab verməli olacaq.

 

Daha əvvəl müxtəlif mənbələr, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns rəsmi Pekinin Ukraynada istifadə olunması üçün Rusiyaya ölümcül silahların verilməsini nəzərdən keçirdiyini iddia etmişdi.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İranın Rusiyaya tədarük etdiyi “Şahed” PUA-ları tükənir və Moskvanın Pekinin timsalında özünə alternativ axtarması mümkündür:

 

“Yəqin ki, yaıxn gələcəkdə tərəflər arasında əlaqə daha da güclənəcək. Hazırda Qərbin üç əsas rəqibi var - Rusiya, İran və Çin. Bu dövlətlərdən ilk ikisi ilə bağlı “düymə artıq basılıb”. Məlum olduğu kimi, Rusiya Ukraynada “bataqlığa çəkilib”. İran isə daxildəki aksiyalar fonunda “silkələnir”. Eyni zamanda Rusiyaya tədarük edilən “Şahed”lərlə əlaqədər Tehrana sərt sanksiyalar tətbiq olunur. İndi növbə, yəqin ki, Çindədir. Əlbəttə, Pekin Qərb üçün Moiskva və Tehrana nisbətən daha ciddi rəqibdir. Buna baxmayaraq, tərəflər arasında münasibət yaxın gələcəkdə daha da gərginləşəcək”.

 

Müsahibimiz bildirib ki, qarşıdakı həftələrdə Qərb mediasının Çinin Rusiyaya silahlar verməsi barədə məlumatları tirajlaması və Pekinə təzyiq göstərməsi mümkündür:

 

“Əslində Çin-Rusiya əməkdaşlığı Qərbə sərf edir. ABŞ və müttəfiqləri bundan istifadə edərək Çini sıxışdıracaqlar. Gələcəkdə Çin və Rusiya arasında hərbi əməkdaşlığın güclənməsi gözləniləndir. Bu baş verərsə, Ukraynadakı müharibənin miqyası böyüyəcək. Savaş regional yox, qlobal səciyyə daşıyacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Jurnalistlərimizin minaya düşərək şəhid olmasından 4 il ötür

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.   Sfera.a...

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...