Türkiyədə prezident seçkilərinin tarixi dəyişdirilir? - Ərdoğan AÇIQLADI

14:00 / 01.03.2023
14252
Türkiyədə prezident və parlament seçkiləri əvvəl elan edildiyi kimi 2023-cü ilin mayın 14-də keçiriləcək.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan hakim partiyanın qrup toplantısında çıxışı zamanı deyib:
“İnşallah, xalqımız mayın 14-də lazım olanı edəcək”, - Türkiyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş verən böyük və dağıdıcı zəlzələdən sonra seçkilərin təxirə salınması təklif olunurdu. Ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası bu təklifə qəti etirazını bildirmişdi.
Vasif