Azərbaycanda bu məhsullar BAHALAŞIB - RƏQƏMLƏR

Azərbaycanda bu məhsullar BAHALAŞIB - RƏQƏMLƏR

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal xərclərində yüksək artım davam edir. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin yanvarında 2022-ci ilin dekabrı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 2,9 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 3,9 faiz, heyvandarlıq məhsulları üzrə 2 faiz yüksəlib. 


Qeyd edək ki, burada istehsalçı qiymət indeksi anlayışı istehsalçılar tərəfindən təklif edilən malların dəyərindəki dəyişikliyi göstərir. İstehsalçılarda qiymətlərin artması və ya azalması dolayısı ilə məhsulun istehsal xərclərindəki, yəni maya dəyərindəki dəyişikliyi ifadə edir. 


Rəsmi məlumatlara əsasən, aylıq müqayisə ilə yanaşı illik müqayisədə də kənd təsərrüfatı mallarının istehsalçı qiyməti artıb. İllik müqayisədə artım 11 faiz (heyvandarlıq məhsullarında 12 faiz, bitkiçilikdə 9 faiz) olub və digər məhsul qruplarından xeyli fərqlənib.


Müqayisə üçün bildirək ki, il ərzində qeyri neft-qaz sənaye məhsullarında istehsal xərcləri 7,8 faiz, tikintidə 2,9 faiz artıb. 


Kənd təsərrüfatı məhsullarının istehsal qiymətlərinin kəskin yüksəlməsi pərakəndə bazarda kənd təsərrüfatı mallarının istehlak qiymətlərinin artmasına ciddi təsir edir. Məhz bu səbəbdən hələ də kənd təsərrüfatı məhsullarında qiymət artımları yüksəkdir. Məsələn, bu ilin yanvarında ötən ilin yanvarına nisbətən tərəvəzlər 40 faiz, meyvələr 12 faiz, ət 15 faiz, balıq və balıq məhsulları 11 faiz, süd 11 faiz bahalaşıb. 


İstehsalçı qiymət artımlarının yüksək olması ondan xəbər verir ki, bazarlarda kənd təsərrüfatı mallarında güclü bahalaşma hələ davam edəcək. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Sabirabadda faciə - 4 nəfərlik ailə yanaraq öldü

Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.&n...

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...