İranda məktəbli qızlar 3 aydır kütləvi zəhərlənir – Etiraz aksiyaları ilə bağlı olması şübhəsi ARTIR

İranda məktəbli qızlar 3 aydır kütləvi zəhərlənir – Etiraz aksiyaları ilə bağlı olması şübhəsi ARTIR

İranda onlarla məktəbli qız bilinməyən səbəbdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. 


Sfera.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, son üç ay ərzində əsasən Qum şəhərində iranlı məktəbli qızlar arasında çoxlu sayda tənəffüs çətinliyi qeydə alınıb və bəzilərinin xəstəxanada müalicəsinə ehtiyac yaranıb. 


“Tasnim” agentliyinin rəsmi şəxslərə istinadən verdiyi məlumata görə, indiyədək 35 tələbə xəstəxanaya yerləşdirilib və ötən ilin noyabrından bəri Qum şəhəri də daxil olmaqla ən azı iki başqa şəhərdə yüzlərlə zəhərlənmə hadisəsi baş verib. 


Zəhərlənmələrin 5 aydan artıqdır ki, davam edən aksiyalar fonunda baş verməsi isə maraq doğurub. İran parlamenti fevralın 28-də səhiyyə naziri Bəhram Eynollahinin iştirakı ilə zəhərlənmələrlə bağlı iclas keçirib. Dövlət agentliyi olan İRNA xəbər verir ki, iclasda nazir həm Qum, həm də digər şəhərlərdə qeydə alınan zəhərlənmə faktlarını araşdırdıqlarını bildirib. 


Səhiyyə nazirinin müavini Yunes Pənahi isə iddia edib ki, Qumda məktəbli qızların zəhərlənməsi təşkil edilmiş aktdır. Onun sözlərinə görə kütləvi zəhərlənməni təşkil etməkdə məqsəd qızları təhsildən uzaqlaşdırmaqdır. 


İndiyədək zəhərlənmələrlə bağlı həbslər olmayıb. IRNA xəbər verir ki, fevralın 14-də xəstələnən məktəblilərin valideynləri Qum qubernatorluğu qarşısında toplaşaraq səlahiyyətlilərdən izah tələb ediblər. Ertəsi gün hökumətin sözçüsü Əli Bahadori Cəhromi kəşfiyyat və təhsil nazirliklərinin zəhərlənmələrin səbəbini müəyyənləşdirməyə çalışdığını söylədi. Keçən həftə İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri hadisələrlə bağlı məhkəmə istintaqının aparılması haqqında göstəriş verib. Qum şəhərini təmsil edən parlament üzvü Əhməd Əmiri Farahani isə məktəbli qızlara edilən hücumu “məntiqsiz hərəkət” adlandıraraq, şəhərdəki insanların “qızların təhsilini dəstəklədiyini” vurğulayıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...