DİN-dən Bəxtiyar Hacıyevlə bağlı TƏKZİB: "Həmin qadınlardan..."

DİN-dən Bəxtiyar Hacıyevlə bağlı TƏKZİB:

Daxili işlər Nazirliyi (DİN) Bəxtiyar Hacıyevin polis orqanına dəvət edilən zaman onun üzərində olan cihazlar – mobil telefon, planşet, kompüterinin götürülməsi, evində və ofisində axtarış aparılması ilə bağlı iddialara aydınlıq gətirib.

 

Sfera.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, vətəndaş Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsinə vəkili ilə birgə dəvət edilib, onun üzərində hər hansı elektron daşıyıcı cihaz - mobil telefon, planşet, kompüter olmayıb, evində və ofisində axtarış aparılmayıb.

 

DİN rəsmisi qeyd edib ki, qeyd olunan məsələlər istintaqın araşdırma predmetini təşkil etməyib:

 

"O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik. B.Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar – görüntülər və yazışmalarla bağlı suala cavab olaraq şöbə rəisi bildirib ki, bu məlumatların haradan necə qaynaqlandığı, B.Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub. Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır".


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...