Rusiya bu ölkələr hesabına ixracını artırmaq istəyir

Rusiya bu ölkələr hesabına ixracını artırmaq istəyir

Rusiya sanksiyalara qoşulmayan ölkələrə ixracını 37 milyard dollar artırmaq istəyir. 


Sfera.az “RBC.ru”ya istinadən xəbər verir ki, sanksiyalara qoşulan ölkələr Rusiyanın ixracında ciddi çətinliklər yaradıb.

 

Çünki həmin ölkələr Rusiyadan ixrac edilən malların 56 faizini alırdı. Sanksiyalardan sonra onların payı 35 faizə düşüb. Sanksiyalara qoşulmayan ölkələrin payı isə 42%-dən 65%-ə yüksəlib. 


Rusiyada belə güman edirlər ki, sanksiyalardan sonra xaricə sata bilmədiyi məhsulların bir hissəsini daxili bazara, digərini – təxminən 37 milyard dollar dəyərində olan hissəsini ticarət sanksiyalarına qoşulmayan ölkələrə yönəldə bilər. 


Hesablamalarına görə, belə tədarüklərdə əsas pay Çinə məxsus olacaq. Çinin əlavə olaraq 16 milyard dollar almaq imkanı var. Ümumilikdə Rusiya 16 ölkəyə ixracını artırmağı proqnozlaşdırır. 


Onlar Rusiyadan minerallar, nüvə reaktorları, dəniz məhsulları, kağız məmulatları və s. ala bilər. 


Rusiya ötən ilin 11 ayı ərzində sanksiyaya qoşulmayan ölkələrə 350 milyard dollar dəyərində ixrac həyata keçirib. Mütəxəssislər hesab edir ki, Rusiyanın Çindən başqa, Hindistan, Türkiyə, Misir, Vyetnam, Özbəkistan, Meksika, Braziliya, İndoneziya və başqa ölkələrin sayəsində ixracını daha 37 milyard dollar artırmaq imkanı var. 


Vasif


OXŞAR XƏBƏRLƏR