Krımdan kütləvi köç – Ukraynanın ehtimal edilən hücumu panika yaradıb

Krımdan kütləvi köç – Ukraynanın ehtimal edilən hücumu panika yaradıb

Rusiya işğal etdiyi Krımdan vətəndaşların təxliyəsinə başlayıb.

 

Sfera.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin müvəqqəti işğal olunmuş Krımda olan hərbçiləri Ukraynanın əks-hücum əməliyyatı barədə xəbərlər fonunda panikaya düşüblər. 

 

“Xüsusilə də işğalçıların bu cür hərəkətləri Simferopol rayonunun Perevalnoye kəndində qeydə alınıb. Bu yaxınlarda Rusiyanın həmin ərazidə yerləşdirilən hərbi qulluqçuları ailələrini Rusiyadakı evlərinə yola salmağa başlayıblar”, - deyə məlumatda bildirilib.

 

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Krımdakı işğalçılar əks-hücum əməliyyatından qorxduqlarına görə müdafiəni gücləndiriblər.

 

“Donbasdakı işğalçılar da təlaş içindədirlər: Donetsk vilayətinin Qorlovka şəhərinin “şəhər prokuroru” bu yaxınlarda Rusiya Federasiyasına qaçmağa hazırlaşaraq tələsik istefa verib”, - bildirilib.

 

Xatırladaq ki, martın 1-nə keçən gecə Krımda partlayış səsləri eşidilib. Evpatoriya, Sakov və Çernomorski sakinləri pəncərələrin titrədiyini deyiblər. Rusiya isə bu barədə heç bir şərh verməyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...