Madonna qardaşının ölümü haqqında görün nələr dedi - FOTO

Madonna qardaşının ölümü haqqında görün nələr dedi - FOTO

64 yaşlı amerikalı müğənni Madonna böyük qardaşının ölümünə münasibət bildirib.
 

Sfera.az bildirir ki, Pop-Diva İnstaqramda arxiv foto paylaşıb.
 

Cazibədar sənətçi qardaşı Anthony Cicconenin gənc qız olarkən ağlını başından aldığını bildirib.
 

Madonna mərhum qardaşı ilə çəkdirdiyi ağ-qara fayl şəklini şərh edib: "Qız vaxtı məni heyran qoyduğun caz musiqiçiləri Çarli Parker və Miles Davis ilə tanış etdiyin üçün sənə təşəkkür edirəm".


O, qardaşının öyrətdiyi başqa şeylər, o cümlədən Buddizm və Taoizm dinləri, habelə yazıçılar Çarlz Bukovski, Riçard Brautiqan və Cek Kerouak haqqında da danışıb.

"Sən çoxlu vacib toxumlar səpdin" -o yazıb.
 

Xatırladaq ki, Madonnanın böyük qardaşı 24 fevral 2023-cü ildə 66 yaşında vəfat edib.


Mənbələr Antoninin bir neçə il alkoqolizmlə mübarizə apardığı üçün qardaşları ilə münasibətlərinin gərginləşdiyini bildirib.
 

"Ailə üzvlərinin çoxu xəstəliyi səbəbindən onunla çətin münasibətdə idi"- deyə mənbələrdən biri paylaşıb.


Bu arada, 64 yaşlı Madonna qardaşı müalicəni qəbul etdiyi üçün ona dəstək olub. Son aylarda o, ailəsi və Madonna ilə əlaqə saxlayıb, lakin ölümündən bir həftə əvvəl reabilitasiya müəssisəsinin müalicəsindən imtina edib.
 

Onun ölümünün rəsmi səbəbi hələ açıqlanmayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR