Şakira Pike ilə münasibətlərindən ilk dəfə danışdı: \"Həyat mənə bunu etdi...\"

Şakira Pike ilə münasibətlərindən ilk dəfə danışdı: \

İspaniya millisinin və “Barselona"nın 36 yaşlı sabiq müdafiəçisi Jerar Pike ilə fasilədən sonra şəxsi həyatı medianın diqqət mərkəzində olan 46 yaşlı kolumbiyalı müğənni Şakira itkidən güclü çıxdığını etiraf edib. Şakira indi özünü yaxşı hiss edir. Sənətçi hesab edir ki, indi özündən asılı olan daha bütöv bir insandır.

Sfera.az xəbər verir ki, Şakira əvvəllər qadının mütləq kişiyə ehtiyacı olduğuna inanırdısa, indi bu fikrini dəyişdiyini bildirib.
 

"İndi özümü tam hiss edirəm, çünki ancaq özümdən asılıyam."


Şakira jurnalist Enrike Acevedo ilə müsahibəsində Pikenin yeni sevgilisi Klara Çia Martiyə eyham vuraraq:


“Başqa qadınlara dəstək verməyən qadınlar cəhənnəmlikdir” deyib. Xəyanətdən güclü çıxan sənətçi indi fikirlərini yenidən nəzərdən keçirdiyini və diqqətini ən yaxın insanlara yönəltdiyini bildirib.

 

"Mən də uşaqların eyni dam altında ana və atasının olduğu bir ailə arzulayırdım. Lakin heç də həyatda bütün arzularınıza çatmırsınız, amma həyatın sizi kompensasiya etmək üçün bir yolu var və düşünürəm ki, həyat mənə bunu etdi; məni hər gün sevgi ilə dolduran iki gözəl övladımla”.
 

Şakira əlavə edib ki, o, həmişə emosional olaraq kişilərdən çox asılı olub, lakin indi belə deyil.


Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR