Adel 1 milyon dollarlıq brilyant nişan üzüyü taxdı - FOTO

Adel 1 milyon dollarlıq brilyant nişan üzüyü taxdı - FOTO

Adel və onun idman agenti Rich Paul, müğənninin Las-Veqasdakı şousunda iştirak edib. Adelin nişan barmağına brilyant üzük taxması nişan şayiələrinə səbəb olub.
 

Adel və onun idman agenti olan 41 yaşlı Rich iki ildir görüşür və bu ilin yayında toy planlaşdırdıqları güman edilir.
 

Qeyd olunur ki, Rich 1 milyon dollar dəyərində olduğu təxmin edilən göz qamaşdıran üzüyü ulduza hədiyyə edib.


Sfera.az xarici KİV-ə istinadən bildirir ki, sənətçi ötən həftə sonu Las-Veqasda konsert verib və onun barmağında böyük armud formalı brilyant üzük görülüb.


Zərgərlik mütəxəssisləri üzüyün təxminən 10 karat ağırlığında olduğunu bildirib.
 

"Bu almaz hər cəhətdən parlaq görünür və bizi onun həqiqətən çox yüksək keyfiyyətə malik olduğuna inandırır" -deyə almaz eksperti Apeksha Kothari bildirib.
 

Başqa bir mütəxəssis: “Şübhəsiz ki, bu ölçüdə dəbdəbəli kəsilmiş almazın axtarışı çox vaxt və diqqətli seçim tələb edir”-deyib.
 

Başqa bir mənbə deyir ki, Adelin 2022-ci il BRIT Mükafatlarında təqdim ediləndən sonra göz qamaşdıran üzüyü bir ildən çoxdur taxır.


Xatırladaq ki, daha əvvəl Adel 9 yaşlı oğlu Ancelo Adkinsin atası, iş adamı Saymon Konecki ilə ayrıldıqdan sonra seçdiyi birinə yenidən “hə” deməyə hazır olduğunu bildirmişdi.


Adele və Rich arasındakı münasibət şayiələri isə 2021-ci ilin yayında NBA Finallarına birlikdə getdikləri zaman məlum olub. Cütlük 2021-ci ilin payızında münasibətlərini rəsmən təsdiqləyiblər.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR