Qocalar baş götürüb qaçır, gənclər axın edir - Z nəsli üçün ən cazibədar şəhərlər

Qocalar baş götürüb qaçır, gənclər axın edir - Z nəsli üçün ən cazibədar şəhərlər

Y və X nəsli, eləcə də “boomer nəsli” pandemiya zamanı daha isti təbiət və daha aşağı yaşayış xərcləri vəd edən yerlər axtarışı ilə böyük şəhərlərdən qaçarkən, gənc yetkinlər (18-24 yaş) bu tendensiyaya qarşı çıxaraq kütləvi olaraq ən böyük şəhərlərə köçüblər. 
 

Sfera.az "Usatoday"ə istinadən bildirir ki, Siyahıyaalma Bürosu Amerika İctimaiyyət Sorğusunun 2021-ci ildəki təhlillərinə görə ABŞ-ın ən böyük beş şəhərinin -  Nyu York, Los Anceles, Çikaqo, Hyuston və Filadelfiya - hamısında Z nəslinin miqrasiya artımı, bütün digər nəsillərdə isə azalma müşahidə olunub.


Y nəslinin 96 600 üzvü Nyu Yorku tərk edib, ancaq şəhər 3 043-dən çox Z nəslinə məxsus gənc qazanıb. 

 

Z nəsli üçün ən cazibədar şəhərlər hansılardır?

 

Vaşinqton, Kolumbiya və Boston kimi böyük şəhərlərə də Z nəslinin kütləvi axını olub. Bu şəhərlərin hər birinə 10 000-dən çox Z nəslinin nümayəndəsi köçüb.
Florida ABŞ-da ən çox köç edilən şəhər ola bilər, ancaq söhbət Z nəslindən gedirsə, elə də populyar deyil. Onlar Floridanı tərk etməyi seçən yeganə nəsildir – digər nəsillərin üzvü Floridaya axın edərkən 8 000 gənc şəhərdən ayrılıb.  

 

Eynilə, Konnektikut da 5 000 Z nəsli nümayəndəsini itirərkən, digər nəsillərin üz tutduğu yer kimi diqqət çəkir.

 

Bütün nəsillərin seçimi

 

Ümumi olaraq əhalinin ən çox köçdüyü yerlər Florida, Texas, Şimali Karolina, Arizona və Cənubi Karolinadır. Bu ştatlar hər nəsil üçün ən populyar seçimlərdir – Z nəslindən başqa – onlar hələ də Massaçusets və Kolumbiya kimi şimaldakı ştatlara üstünlük verirlər. 


Cənub ştatlar, xüsusən də Cənub-Şərqi sahil xəttinə güclü miqrasiya hiss edilir.

 

Ən çox itkiyə məruz qalanlar isə Kaliforniya, Nyu-York, İllinoys, Nyu Cersi və Minnesotadır. 

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...