Uzaqda olarkən də sevgilinizlə öpüşə bilərsiniz – Yeni ixtira - FOTOLAR 

Uzaqda olarkən də sevgilinizlə öpüşə bilərsiniz – Yeni ixtira - FOTOLAR 

Çində uzaq məsafəli münasibətlər üçün "möcüzəvi öpüşmə cihazı" icad edilib.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, sözügedən cihaz partnyorun dodaq temperaturunu və hərəkətlərini eyni vaxtda ötürərək qarşı tərəfə onu həqiqətən öpdüyünü hiss etdirir.


Fiziki cəhətdən uzaqda olan iki insan arasında öpüşün baş verməsi üçün cihazı mobil telefonun şarj portuna qoşmaq və xüsusi mobil proqramı açmaq lazımdır. Cihazın silikon dodaqları ilə öpüşən şəxsin dodaq hərəkətləri proqram vasitəsilə qeydə alınır. Eyni aparata sahib olan partnyor isə dodaqlarını əlindəki cihaza toxundurduqda sevgilisinin öpüşünü hiss edə bilir. Cihaz öpüşün fiziki hissi ilə yanaşı, qarşı tərəfə sevgilisinin öpüşərkən çıxardığı səsi də ötürür.

 

Çinin onlayn pərakəndə satış platforması “Taobao”da satışa çıxarılan “öpüş cihaz”ının qiyməti isə 260 Çin yuanı (təxminən 64 manat) təşkil edir. İxtiranın sahibi hər ay təxminən 100 ədəd satış etdiklərini açıqlayıb. 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR